DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gələn il almanlar üçün ağır başlayacaq

Avropadakı enerji böhranı səbəbindən getdikcə daha çox elektrik tədarükçüləri topdansatış qiymətlərindəki artımı son istehlakçılara ötürməyə çalışırlar.
Sputnik
BAKI, 27 noyabr - Sputnik. Almanlar gələn ilin əvvəlində elektrik enerjisinin qiymətində kütləvi və kəskin artımla üzləşəcəklər. Bu barədə “Spiegel” jurnalı qeyd edib.
“Məsələn, Kölndə “Rheinenergie” tədarükçüsü yanvar ayından etibarən əsas təchizat üçün hər kilovat-saata iki dəfədən çox ödəniş alacaq”, – deyə materialın müəllifi yazıb.
“Spiegel” junalı bildirib ki, Avropadakı enerji böhranı səbəbindən getdikcə daha çox elektrik tədarükçüləri topdansatış qiymətlərindəki artımı son istehlakçılara ötürməyə çalışırlar.
Ötən həftə “Deutsche Wirtschafts Nachrichten” yazıb ki, Almaniya hökuməti, federal bank və maliyyə sahəsinin nümayəndələri bu qışda elektrik enerjisinin kəsilməsinə hazırdırlar və hadisələrin inkişafı üçün mümkün ssenarilər hazırlayırlar.
Noyabrın birinci yarısında Federal Statistika İdarəsinin mətbuat xidməti Almaniyada inflyasiya tempinin 1951-ci ildən bəri ən yüksək həddə çatdığını bildirib. İdarənin rəhbəri Georq Tilya qeyd edib ki, yüksək inflyasiyanın əsas səbəbi 43% bahalaşan "enerji məhsullarının maya dəyərinin inanılmaz dərəcədə artımıdır".