BAKI, 27 noyabr - Sputnik. Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen və ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenskidən Kiyevə verilən hərbi yardımın pulunu geri qaytarmağa başlamasını istəməlidirlər. Bunu Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo öz “Twitter” hesabında qeyd edib.
Filippo hesab edir ki, Ukrayna liderinin Qərbə silah tədarükünə görə pul ödəməməsi vəziyyəti bədnam edir.
“Bayden, Makron və Ursula heç olmasa Zelenskidən vergi limanlarında gizlətdiyi on milyonlarla pulu geri qaytarmağı istəməlidirlər?! Bütün ifşalar Pandora Sənədlərində saxlanılır”, - deyə keçmiş deputat yazıb.
Bu yaxınlarda Ukraynaya davamlı olaraq silah və sursat tədarükü fonunda Qərb ölkələrinin arsenallarının sürətlə tükənməsi barədə məlumat verilib. Qeyd olunub ki, ABŞ və onun müttəfiqlərinin arsenallarında ehtiyatların çatışmazlığı o qədər hiss olunur ki, onlar hərbi planlaşdırma və əsgərlərin təlimi üçün kifayət etmir.