DÇ-2022

DÇ-2022: Yaponların ilk məğlubiyyəti

Birinci turdakı böyük hesablı məğlubiyyətdən sonra Kosta Rika millisi özünə gələ bilib.
Sputnik
BAKI, 27 noyabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda E qrupunda Yaponiya və Kosta Rika üz-üzə gəliblər.
Oyunun birinci hissəsində hesab açılmayıb.
81-ci dəqiqədə Keyşer Fuller Kosta Rikanı önə çıxarıb - 1:0. Oyun bu hesabla qurtarıb.
Mərkəzi Amerika təmsilçisinin iki turdan sonra 3 xalı var. Qrupda İspaniyanın və Yaponiyanın da 3 xalları var. Almaniya millisinin xalı yoxdur.
Qrupun digər ikinci tur görüşündə Almaniya İspaniya ilə qarşılaşacaq.