DÇ-2022

DÇ-2022: Mərakeş yığmasının parlaq qələbəsi

Mərakeş millisi turnirin gücllülərindən hesab edilən Belçikanı məğlub edib.
Sputnik
BAKI, 27 noyabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyunu keçirilib.
Görüşün birinci hissəsində hesab açılmayıb.
İkinci hissədə, 73-cü dəqiqədə Abdelhamid Sabiri Mərakeşi hesabda önə keçirib - 1:0.
90+2-ci dəqiqədə Mərakeş yığmasından Zəkəriyya Abuhlal fərqi artırıb - 2:0. Oyun bu hesabla başa çatıb.
İki oyundan sonra Mərakeçin 4, Belçikanın isə 3 xalı var.
Bu qrupun digər II tur oyunu Xorvatiya və Kanada milliləri arasında olacaq.