Angela Merkel Almaniya kansleri vəzifəsindən getdikdən bir il sonra “Funke Media Group”un sifarişi ilə “Civey” İnstitutu almanlar arasında sorğu keçirib və bu sorğu zamanı əksəriyyət onun hakimiyyətə qayıdışına qarşı çıxıb.
Respondentlərin 71%-i Merkeli kansler postunda yenidən görmək istəmədiklərini bildiriblər. Araşdırmada iştirak edənlərin 23%-i isə onun geri qayıtmasını dəstəkləyiblər.
“Angela Merkel hazırkı Almaniya kansleri Olaf Şoltsdan daha yaxşı idimi?”, - sualına cavab olaraq 43% Merkelə səs verib, 41% isə Şoltsa dəstək olub.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ötən ilin oktyabrında Angela Merkel və onun kabinetini vəzifəsindən azad edib. Bundan əvvəl ölkədə seçkilər keçirilib, burada Merkelin uzun illər rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı Partiyası (XDİ) 24,1% səs toplayaraq tarixin ən pis nəticəsini göstərib. Birinci yerdə 25,7% səslə Şoltsun rəhbərlik etdiyi Sosial Demokratlar Partiyası qərarlaşıb.
Bu yaxınlarda Şolts Merkelin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda vasitəçi kimi iştirakından imtina edib. Hazırkı kansler hesab edir ki, o, Rusiya tərəfi ilə danışıqların öhdəsindən yaxşı gəlir.