BAKI, 26 noyabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyunu keçirilib.
39-cu dəqiqədə Pyotr Zelinski polyakları irəli çıxarıb - 1:0.
İlk hissə bu hesabla bitib.
İkinci hissədə Polşanın kapitanı Robert Levandovski 82-ci dəqiqədə 2-ci qolu qolu rəqibin qapısından keçirib. Görüş bu hesabla başa çatıb - 2:0.
Bu qələbədən sonra Polşa yığması 4 xal toplayıb. Səudiyyə Ərəbistanının 3 xalı var.
Bu gün C qrupunda daha bir oyun olacaq, Argentina və Meksika yığmaları üz-üzə gələcəklər.