DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarusun xarici işlər naziri vəfat edib

Vladimir Makey 2012-ci ildən Belarusun xarici işlər naziri postunda çalışırdı.
Sputnik
BAKI, 26 noyabr - Sputnik. Belarusun xarici işlər naziri Vladimir Makey 64 yaşında vəfat edib.
Bu barədə BelTa agentliyinə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz məlumat verib.
O, nazirin qəfil vəfat etdiyini bildirib.
Qeyd edək ki, Vladimir Makey 2012-ci ildən Belarusun xarici işlər naziri postunda çalışırdı.