Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb

Ermənistan Müdafiə Nazirliyi bir daha yalan məlumat yayıb.
Sputnik
BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
QARABAĞ
Müdafiə Nazirliyi: “Mardakert” yox, AĞDƏRƏ! "Martuni" yox, XOCAVƏND!