RUSİYA

Zaxarova Stoltenberqin sözləri barədə: NATO Kiyev rejiminin cinayətlərində şərikdir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatını şərh edib.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. NATO Kiyev rejiminin cinayətlərində şərikdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə günü NATO-nun baş katibi Yens Stoltenberqin NATO-nun Ukraynaya lazım olan sovet tipli texnika və sursatların istehsalını artırması ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Stoltenberq daha əvvəl bildirmişdi ki, alyans üzvləri sovet dövründən qalma artilleriyadan istifadə edən Ukraynaya lazım olan sovet tipli texnika və sursatların istehsalını artıra biliblər.
Stoltenberqin sözlərinə görə, bu, bir sıra NATO ölkələrinin "istehsal potensialını saxlaması" üzündən mümkün olub.
Stoltenberqin sözlərini şərh edən Zaxarova özünün "Telegram" kanalında "NATO Kiyev rejiminin cinayətlərində şərikdir" deyə yazıb.