TƏHSİL

Nazir: "Yaxşı nəticə olanda, repetitorun olur, pis nəticə olanda, təhsil sisteminin?"

Nazir deyir ki, hamı repetitor yanına gedirsə, qəbul imtahanının nəticələrinin aşağı olmasının səbəbkarı də repetitordur.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. "Repetitorluq məsələsi dəfələrlə müzakirə olunub. Bu, dünyanın hər yerində var, irəli sistemli təhsili olan ölkələrdə də istifadə edilir". Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu sözləri bu gün media üçün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, repetitorluq imtahan sistemilə bağlıdır:
"Çünki bizdə imtahan rəqabətə bağlıdır. Deyilir ki, təhsildə keyfiyyət yoxdur, ona görə uşaq repretitor yanına gedir. Bir tərəfdən də deyilir ki, qəbul imtahanının nəticələri aşağıdır. Hamı repetitor yanına gedirsə, qəbul imtahanının nəticələrinin aşağı olmasının səbəbi də repetitordur".
Daha sonra nazir belə deyib bu, ziddiyyətli məsələdir.
Onun sözlərinə görə, zəif şagirdə repetitor da kömək edə bilmir:
"Yaxşı nəticə olanda bu, repetitorun olur, pis nəticə olanda isə təhsil sisteminin? Bu nə qədər məntiqli arqumentdir?