PAYTAXT XƏBƏRLƏRİ

Azərbaycanlı nazir işə piyada getdi - VİDEO

Fərid Qayıbov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin çağırışına qoşulub.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. Gənclər və idman naziri Fərid Qayıbov işə piyada gedib. Bu barədə nazir özü sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin çağırışına qoşulub və işə piyada gedib.
F.Qayıbov hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyib.
Xatırladaq ki, ötən il 25 Noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə əlaqədər olaraq Azərbaycanda gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına start verilmişdi. Zorakılıqla mübarizə məqsədilə sosial şəbəkələrdə dünəndən bəri onlayn çağırış başladılmışdı. Çağırışa Gənclər və idman naziri Fərid Qayıbov da qoşularaq həmin ərəfədə "Neftçi" komandası ilə "Səbail" arasında baş tutan matçı izləməyə qadınlara qarşı zorakılığa son demək üçün narıncı rəngdə forma ilə qatılmışdı.