BAKI, 24 noyabr — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya Zaporojye Atom Elektrik Stansiyasının ətrafında mühafizə zonasının yaradılması ilə bağlı MAQATE ilə intensiv məsləhətləşmələri davam etdirir.
"Bəli, biz Zaporojye Atom Elektrik Stansiyasının ətrafında nüvə təhlükəsizliyi və fiziki təhlükəsizlik zonasının yaradılması məsələsi ilə bağlı intensiv məsləhətləşmələri davam etdiririk. Elə dünən "Rosatom"un baş direktoru Aleksey Lixaçovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti MAQATE-nin baş direktoru Rafael Qrossi ilə bu məsələ ilə bağlı növbəti görüş keçirilib. Görüş İstanbulda baş verib", - deyə Ryabkov brifinqdə bildirib.
"Ukrayna Silahlı Qüvvələri tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının ərazisinin yenidən atəşə tutulması, bu zaman stansiyanın mühüm infrastrukturunun zədələnməsi nəzərə alınaraq, bizim müşahidələrimizə görə, daha çox başa düşülür ki, AES-in mühafizə zonası barədə qərar kifayət qədər tez hazırlanıb qəbul edilməlidir", - deyə o əlavə edib.