BAKI, 24 noyabr — Sputnik. "Ümid" yatağından cari il noyabrın 1-nə qədər təqribən 6 milyard kubmetrdən çox qaz və 950 min tondan çox kondensat hasil edilib.
Energetika Nazirliyindən verilən məlumatda bildirilib ki, hazırda yataqda 4 istismar quyusu fəaliyyət göstərir.
Qeyd edək ki, "Ümid" yatağı 2010-cu il noyabrın 24-də kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır.
"Ümid" yatağı Bakıdan 75 kilometr cənubda, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib.