RUSİYA

Qərb Kiyevi ZAES-də qəsdən yeni cinayətlərə təhrik edir- Zaxarova

Zaxarova əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi bütün ölkələri, ilk növbədə, televiziyada bu canavarlarla qucaqlaşan nümayəndələri, Zelenski ilə sıx əlaqədə olan ölkələri siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Qərb qəbuledilməz razılaşmalarla Kiyevi ZAES-də qəsdən yeni cinayətlərə təhrik edir, Rusiya Qərbi Ukraynaya təsir göstərməyə çağırır ki, Kiyev stansiyanı atəşə tutmağı dayandırsın. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Aşkar cinayətlərə, nüvə şantajına göz yummağa davam etmək, Kiyev rejiminin törətdiyi vəhşiliklərə bəhanələr axtarmaq cəhdləri yolverilməz sövdələşmədən, hətta şüurlu rəftardan və ya yeni cinayətlərə təhrikdən başqa bir şey deyil", - Zaxarova brifinq zamanı deyib.
Zaxarova əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi bütün ölkələri, ilk növbədə, televiziyada bu canavarlarla qucaqlaşan nümayəndələri, Zelenski ilə sıx əlaqədə olan ölkələri siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır: "Siyasi iradə və məsuliyyətli yanaşma nümayiş etdirin. Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının atəşə tutulmasının həmişəlik dayandırmasını təmin etmək üçün lazım olan hər şeyi edin".
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.