RUSİYA

Lavrovun Minsk səfəri nə məqsəd daşıyır?

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrovun Belarusun prezidenti və xarici işlər naziri ilə görüşü planlaşdırılır.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 27-28-də Minskə səfər edəcək. Prezident Aleksandr Lukaşenko ilə görüş planlaşdırılıb.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Noyabrın 27-28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Belarus Xarici İşlər Şurasının birgə iclasında iştirak etmək üçün Minskə səfər edəcək. Onun Belarus Respublikasının prezidenti və bu ölkənin Xarici İşlər naziri ilə görüşü planlaşdırılır", - deyə Zaxarova brifinqdə bildirib.