NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 501,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,1% çoxdur
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 706 401,5 min manat təşkil edib, bu da illik müqayisədə 26% artım deməkdir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-sentyabr aylarında sözügedən göstərici 1 353 883,7 min manat səviyyəsində olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 501,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,1% çoxdur.
Qaz nəqlinin 53,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 15 203,3 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,6%-lik artım).