BAKI, 24 noyabr — Sputnik. Bu ilin 6 ayında açıq məkanlardakı 1322 reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulmasına, 1329-da isə estetik görünüşə uyğun olmayan hallara rast gəlinib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.
Bildirilib ki, açıq məkanda reklamlarla bağlı qanunvericiliyin tələblərini pozmuş 2689 sahibkara icrası məcburi olan xəbərdarlıq verilib, 205 iş baxılması üçün məhkəmələrə göndərilib.
"Ötən müddət ərzində ADRA-nın 1412 Çağrı Mərkəzinə ümumilikdə 1820 müraciət daxil olub. Edilən müraciətlərin əksəriyyəti açıq məkanda reklam yerləşdirmək üçün prosedur qaydaları, eləcə də dövlət rüsümu və yayım haqqının hesablanması ilə bağlıdır", - məlumatda qeyd olunub.