Mətbuat mərkəzi

2023-cü il büdcəsi: İnkişaf prioritetləri nə olacaq

"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə təqdim olunub.
Sputnik
Bu yaxınlarda Milli Məclisin (parlament) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin plenar iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirələri keçirilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq plenar iclasda baxılması üçün tövsiyə olunub.
Oktyabrın 24-də "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə təqdim olunub. Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 5,2%, 2021-ci illə müqayisədə isə 16,4% çoxdur və bu Azərbaycanın bütün tarixində ən yüksək göstəricidir.
Büdcənin əsas parametrləri, sosial siyasətin həyata keçirilməsi baxımından hansı maddələrin xüsusi maraq doğurduğu barədə tanınmış azərbaycanlı iqtisadçı Natiq Cəfərli noyabrın 25-i, saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məlumat verəcək.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.