BAKI, 23 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Polşada keçiriləcək iclasına buraxılmaması birliyi yox, ağılsızlığı göstərir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Birlik yoxdur və olmayacaq. Əgər siz hər gün haqqında danışdığınız ölkənin nazirini fiziki olaraq mikrofon qarşısına buraxmırsınızsa, bu, birliyin göstəricisi deyil, sizin ağılsızlığınızın göstəricisidir", - deyə Rusiya XİN-in sözçüsü bildirib.
Zaxarova əlavə edib ki, Polşa nəinki normal, həm də vacib danışıqların qarşısını almaq üçün hər şeyi edir.
Bundan əvvəl Rusiya XİN açıqlamışdı ki, ATƏT-in hazırkı sədri olan Polşanın Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Lodz şəhərində dekabrın 1-2 tarixlərində keçiriləcək iclasında iştirakından imtina etmək qərarı görünməmiş və təxribat xarakterlidir.