HADİSƏ

Türkiyədəki zəlzələ Azərbaycana təsir edibmi?

Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri bildirib ki, əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur.
Bunu Trend-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.
"Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində 46 nəfərin yaralandığı bildirilir.
HADİSƏ
Türkiyədə güclü zəlzələ - Yaralananların sayı 46-ya çatıb