DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan ATƏT DTİHB ilə əməkdaşlığa "daha diqqətlə" yanaşacaq - XİN

Daha əvvəl ATƏT DTİHB missiyasının rəhbəri Urşula Qatsek bəyan etmişdi ki, növbədənkənar prezident seçkiləri rəqabətdən kənar siyasi şəraitdə keçirilib.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Qazaxıstan hakimiyyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) respublikada keçirilən prezident seçkilərini tənqidi nəzərdən keçirdikdən sonra bu qurumla qarşılıqlı fəaliyyətə daha çox diqqət yetirəcək. Bu barədə jurnalistlərə Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.
Daha əvvəl ATƏT DTİHB missiyasının rəhbəri Urşula Qatsek bəyan etmişdi ki, növbədənkənar prezident seçkiləri rəqabətdən kənar siyasi şəraitdə keçirilib. Qazaxıstan Xarici İşlər Nazirliyi qeyd edib ki, bu bəyanat obyektivlikdən kənardır və indiyədək respublikanın dəstəyini qazanmış təşkilatın mühüm institutu kimi DTİHB-nin effektivliyini şübhə altına alır.
Noyabrın 20-də keçirilən prezident seçkilərində Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev 81,31 faiz səs toplayıb. Seçkilərdə iştirak 69,44% təşkil edib. İnauqurasiya noyabrın 26-da baş tutacaq, burada respublikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.
Kasım-Jomart Tokayev: "Müstəqillik hər şeydən üstündür"