HƏRBİ

MN: Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. "Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Noyabrın 22-si saat 22:00-dan 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.
QARABAĞ
Azərbaycan Ordusunun Şuşa istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub