BAKI, 23 noyabr — Sputnik. KTMT ölkələrinin təhlükəsizlik şuralarının katibləri İrəvanda keçirilən görüşün yekunlarına dair birgə bəyanat qəbul ediblər. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının aparatının mətbuat xidməti məlumat yayıb.
Onlar neonasizmin, ekstremizmin, şovinizmin, ksenofobiyanın bütün formalarının, nifrətin, irqi və milli üstünlüklərin, nasizmin tərənnüm edilməsinin təzahürlərinin artmasından narahatdırlar. Onların hesablamalarına görə, bu, "demokratik və ümumbəşəri dəyərlərə, təhlükəsizliyə, sosial sabitliyə və cəmiyyətin birliyinə real təhlükə yaradır".
Bundan əlavə, KTMT Təhlükəsizlik Şurasının katibləri dövlətlərin və beynəlxalq təşkilatların "nasizmin və millətçi ideologiyaların yayılmasına və bəraət qazanmasına yönəlmiş istənilən hərəkəti pisləyir.