HADİSƏ

Gəncədə 4 nəfər dəm qazından zəhərlənib

Hadisə ilə bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.
Sputnik
BAKI, 23 noyabr - Sputnik. Gəncədə 4 nəfər dəm qazından zəhərlənib.
APA-nın məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən binada qeydə alınıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, hadisə yerinə gələn əməkdaşlar araşdırma aparıb. Hadisə zamanı 2020-ci il təvəllüdlü Z.Musayeva dəm qazından zəhərlənərək öldüyünü, daha 3 nəfər – 2015-ci il təvəllüdlü Zeynəb Musayeva, 2018-ci il təvəllüdlü Dərya Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Musayevanın zəhərləndiyini məlum olub.
Hadisə ilə bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.