BAKI, 23 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalındakı əməliyyatlarının "yalnız başlanğıc olduğunu", Ankaranın sərhədlərin təhlükəsizliyini təmin etməkdə qərarlı olduğunu bildirib.
Ankara bazar günü Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirib - İraqın şimalında olduğu kimi Kobani şəhərinə də zərbələr endirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının keçiriləcəyini istisna etməyib. Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə axşamı gecə Suriya və İraqda "Pəncə-Qılınc" əməliyyatı çərçivəsində iki gündə 184 yaraqlının məhv edildiyini açıqlayıb.
Başlanğıc əməliyyatlarımız sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin yalnız başlanğıcıdır", - Ərdoğan hakim partiyanın iclasında deyib.