DÇ-2022

DÇ-2022: Mərakeş - Xorvatiya oyununda qalib gələn olmayıb

Futbol üzrə dünya çempionatında daha bir qarşılaşmada qapılara top olmayıb.
Sputnik
BAKI, 23 noyabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Mərakeş və Xorvatiya yığmaları arasında F qrupunun I tur oyunu baş tutub.
Qarşılaşmanı argentinalı FIFA referisi Fernando Rapallini idarə edib.
İlk hissədə qapılara qol vurulmayıb.
İkinci hissədə də komandalar fərqlənə bilməyiblər - 0:0.
Qrupun digər matçında Belçika Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.