DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanın S-400-ləri Türkiyədə istifadəyə hazırdır - Hulusi Akar

Müdafiə naziri qeyd edib ki, Ankara ABŞ-dan F-16 qırıcıları almaq üçün səy göstərir, lakin razılaşma uğursuz olarsa, onun alternativləri var.
Sputnik
BAKI, 22 noyabr - Sputnik. Rusiyanın S-400-ləri Türkiyədə istifadəyə hazırdır, lazım gələrsə, Ankara sistemi quraşdıracaq. Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Xatırladaq ki, 2017-ci ildə Rusiya Federasiyası ilə Türkiyə S-400 alay dəsti üçün 2,5 milyard dollar məbləğində ilk müqavilə imzalamışdı. Müqavilədə başqa bir alay dəstinin də alınması imkanı nəzərdə tutulub.
İlk alayın Türkiyə tərəfinə təhvil verilməsi 2019-cu ilin yay və payız aylarında həyata keçirilib.
"S-400 yerindəcə istifadəyə hazırdır. Hər hansı təhlükə yarandıqda onu harda quraşdıracağımıza qərar verəcəyik, gedib quraşdıracağıq", - deyə NTV kanalı Akardan sitat gətirib.
Nazir həmçinin əlavə edib ki, Ankara ABŞ-dan F-16 qırıcıları almaq üçün səy göstərir, lakin razılaşma uğursuz olarsa, onun alternativləri var.