RUSİYA

Rusiyanın nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

RF Federal Məclisinin Federasiya Şurasının sədr müavini Qalina Karelovanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Qalina Karelovanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.
Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.
1 / 3

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

2 / 3

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

3 / 3

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ağalar Vəliyev, Mixail Zabelin və digər rəsmi şəxslər müşayiət ediblər.