RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN Ukraynanın itkilərini açıqladı

Rusiya ordusunun bölmələri Donetsk istiqamətində eyni vaxtda düşmənin əks-hücumunu dəf etməklə hücum əməliyyatlarını davam etdirib.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Rusiya silahlı qüvvələri Donetsk istiqamətində hücumlarını davam etdirib, bir gündə 120-dən çox ukraynalı əsgər məhv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant İqor Konaşenkov bildirib.
"Rusiya ordusunun bölmələri Donetsk istiqamətində eyni vaxtda düşmənin əks-hücumunu dəf etməklə hücum əməliyyatlarını davam etdirib. Bir gündə 120-dən çox ukraynalı hərbçi, iki tank, altı zirehli döyüş maşını, düşmənin beş texnikası bu istiqamətdə məhv edilib", - Konaşenkov deyib.
Cənubi Donetsk istiqaməti
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Cənubi Donetsk istiqamətində mexanikləşdirilmiş bölüyə və diversiya qruplarına endirdiyi zərbələr zamanı 50-dən çox ukraynalı əsgər ölüb və yaralanıb.
"Cənub-Donetsk istiqamətində Rusiya bölmələri Vodyane qəsəbəsi ərazisində düşmənin mexanikləşdirilmiş bölüyünü atəşə tutublar", - məlumatda deyilir.
Qeyd olunur ki, Pavlovka qəsəbəsi ərazisində fəaliyyət göstərən üç diversiya-kəşfiyyat qrupu məhv edilib.
"Düşmənin 50-dən çox hərbçisi həlak olub və yaralanıb, üç piyada döyüş maşını və iki zirehli texnika məhv edilib", - Konaşenkov bildirib.
Kupyansk istiqaməti
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu Kupyansk istiqamətində Ukrayna hərbçilərinin motoatıcı bölüyünə zərbə endirib, nəticədə düşmənin sutka ərzində 50-dən çox itkisi olub.
"Kupyansk istiqamətində qabaqlayıcı artilleriya atəşi nəticəsində "Luqansk Xalq Respublikası"nın Novoselovskoye qəsəbəsi ərazisində hücuma keçmək üçün irəliləyən Ukrayna Silahlı Qüvvələrinin motoatıcı bölüyü darmadağın edilib. Rusiya qoşunlarının növbəti zərbələri Ukrayna Silahlı Qüvvələrinin bölmələrini dayandırıb və dağıdıb. Düşmən 50-dən çox hərbçi, bir tank, üç piyada döyüş maşını və beş texnika itirib", - Konaşenkov bildirib.
Qırmızı Liman istiqaməti
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Qırmızı Liman istiqamətində hücum cəhdinin qarşısını alıb, nəticədə 40-a qədər ukraynalı hərbçi və muzdlu ölüb.
"Qırmızı Liman istiqamətində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin xarici muzdlular tərəfindən gücləndirilmiş motoatıcı bölüyünün Stelmaxovka qəsəbəsi ərazisindən hücuma keçmək cəhdinin qarşısını alıblar.
Konaşenkov qeyd edib ki, düşmənin bu istiqamətdə sutka ərzində itkiləri 40-dan çox ukraynalı hərbçi və muzdlu olub. Üç zirehli maşın və üç pikap məhv edilib.
ZAES-in atəşə tutulması
Kiyev rejimi bazar ertəsi Zaporojye atom elektrik stansiyasının sənaye zonasına səkkiz iri çaplı artilleriya mərmisi atıb.
Qeyd olunur ki, atışma Ukrayna hərbçilərinin nəzarətində olan Dnepropetrovsk vilayətinin Marqanets qəsəbəsindən həyata keçirilib.
"Rusiya artilleriya bölmələrinin cavab atəşi ilə düşmənin atəşi dayandırılıb. Atom elektrik stansiyasında radiasiya vəziyyəti normal olaraq qalır", - Rusiya Müdafiə Nazirliyi vurğulayır.
Nəzarət məntəqələri və anbarlar
Rusiya aviasiyası, raket qoşunları və artilleriyası bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 11 komanda məntəqəsinə zərbələr endirib.
"Əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qüvvələri Xarkov vilayətinin Çuqev, Kislovka, Krax, Berestovoye, Kruqlyakovka, Donetskin Pobeda, Dobrovolye, Vodyanoye yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 11 komanda məntəqəsinə zərbələr endirib. Xerson vilayətinin Sadovoye, Tokarevka, Dudçanı, eləcə də 136 rayonda atəş mövqelərində 63 artilleriya bölməsi, canlı qüvvə və hərbi texnikaya zərbələlər endirilib", - Konaşenkov bildirib.
Bundan əlavə, Donetsk yaxınlığında ABŞ istehsalı olan Ukraynaya məxsus AN/TPQ-37 əks-batareya qurğusu məhv edilib.
""Donetsk Xalq Respublikası"nın Kramatorsk şəhəri yaxınlığında Ukraynaya məxsus "Buk-M1" hava hücumundan müdafiə sisteminin iki özüyeriyən atəş sistemi və bir sursat anbarı məhv edilib", - Rusiya hərbi idarəsinin hesabatında deyilir.
Hava hücumundan müdafiə fəaliyyəti
Rusiya hava hücumundan müdafiə sistemləri ötən gün ərzində altı Ukrayna PUA-nı vurub.
"Bir gün ərzində Ukraynanın altı pilotsuz uçuş aparatı "Donetsk Xalq Respublikası"nın Nikolskoye və Vladimirovka yaşayış məntəqələri ərazilərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub", - məlumatda deyilir.
Əməliyyat başlayandan
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 333 təyyarə, 177 helikopter, 2549 pilotsuz uçuş aparatı, 390 zenit-raket kompleksi, 6758 tank və digər zirehli döyüş maşını, 901 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3611 sahə artilleriya və minaatan, həmçinin 7320 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.