MƏDƏNİYYƏT

"Rus Evi"ndə Maqomayevin yubileyi şərəfinə konsert təşkil edilib - foto

Konsertdə SSRİ xalq artistinin repertuarından məşhur əsərlər səsləndirilib.
Sputnik
BAKI, 22 noyabr - Sputnik. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyasında əfsanəvi azərbaycanlı, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş konsert keçirilib.
Əfsanəvi azərbaycanlı, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş konsert
Tədbiri Bakıdakı Rus Evi təşkil edib. Burada Rusiya Federasiyası və Tacikistan səfirliklərinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, rəssamın yaradıcılığının pərəstişkarları iştirak ediblər.
Əfsanəvi azərbaycanlı, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş konsert
Konsertin aparıcısı və rejissoru Rus Evinin mədəniyyət layihələrinin kuratoru Vəfa Məmmədova, konsertmeysterləri Lalə Bağırzadə və Svetlana Əhmədova, xoreoqrafı Lenay Seyidəlizadə olub.
Əfsanəvi azərbaycanlı, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş konsert
Maqomayevin məşhur bəstələrini Rəsul Cahangirov, Cəlal Bəşirli, Zümrüd Davudova, Nihad Orucov, Adil Axundov, Ürfan Cəfərov, Şamil Kərimov, Azərbaycanın əməkdar artisti Aleksey Miltıx ifa ediblər.
Əfsanəvi azərbaycanlı, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş konsert
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının tələbə və məzunları, “Yaşlek” tatar gənclər mərkəzinin yetirmələri, Dağıstanın “Suvar” ansamblının solistləri də iştirak ediblər.
Əfsanəvi azərbaycanlı, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş konsert