PAYTAXT XƏBƏRLƏRİ

Prezident İlham Əliyev yollarla bağlı sərəncam imzaladı

Sərəncamla Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 4,23 milyon manat ayrılıb.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 4,23 milyon manat ayrılıb.
Prezident İlham Əliyev noyabrın 22-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,23 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.