DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: "Heç kimə bizə mane ola bilməz"

Rəcəb Tayyip Ərdoğan bildirib ki, Türkiyəni oyunlarla yayındıra biləcəklərini düşünənlər üçün yolun sonu gəldi.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Heç kim Türkiyəyə sərhədlərdə təhlükəsizliyin təmin edilməsində mane ola bilməz. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Buradan açıq şəkildə bildirirəm ki, Suriya ilə sərhədlərimizi qorumaq üçün müqavilələrimizin bir hissəsini yerinə yetirmişik. Türkiyəni oyunlarla yayındıra biləcəklərini düşünənlər üçün yolun sonu gəldi. Bundan sonra yalnız bir tədbir var. Bu, öz ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyidir. İraq və Suriya ilə sərhədlərimizin bəzilərində olması lazım olan yerə təhlükəsizlik xətti çəkmişik. Hücumlar davam edəndə bu belə də olmalıdır", – deyə Ərdoğan bildirib.
Ankara bazar günü Suriyanın şimalında qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı həyata keçirib - İraqın şimalında olduğu kimi Kobani bölgəsinə də zərbələr endirilib.
Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatı olacağını istisna etməyib. Türkiyənin müdafiə naziri Hulusi Akar Suriya və İraqda "Pəncə-Qılınc" əməliyyatı çərçivəsində iki gündə 184 yaraqlının məhv edildiyini açıqlayıb.
Suriyada əməliyyat, arxiv şəkli
Ərdoğan həmçinin bildirib ki, o, nə Rusiya Prezidenti Vladimir Putin, nə də ABŞ Prezidenti Co Bayden ilə Türkiyənin Suriya və İraqın şimalındakı hava əməliyyatını müzakirə etməyib. Lakin onun sözlərinə görə, "həm Bayden, həm də Putin bilir ki, biz bu bölgədə istənilən vaxt bu cür əməliyyatlar keçirə bilərik". Bunun fonunda Astanada Suriya üzrə danışıqların 19-cu raundu başlayır. Türkiyə Rusiya və İranla birlikdə Suriya danışıqlarında iştirakçı ölkədir.
Dəməşq Türkiyənin Suriyanın sərhəd bölgəsində kürd silahlılarına qarşı əməliyyatlar aparmasını dəfələrlə qeyri-qanuni adlandırıb və Ankaranı qoşunlarını geri çəkməyə çağırıb. YPG-nin özünümüdafiə bölmələri əsasında qurulan Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ ordusunun dəstəyi ilə Suriyanın Əl-Həsəkə və Rakka əyalətlərinin əksəriyyətinə, eləcə də və Deyr əz-Zor və Hələb əyalətlərindəki bəzi yaşayış məntəqələrinə nəzarət edir. Xüsusilə, Əl-Həsəkə və Qamışlı şəhərlərindəki məhəllələrin əksəriyyəti onların nəzarətindədir. Rəsmi Dəməşq Suriyanın şimal-şərqində muxtar administrasiyanı qəbul etmir.
Suriya 2011-ci ildən silahlı qarşıdurma içindədir. "Astana formatı" kimi tanınan Astanada danışıqlar 2017-ci ildən davam edir və 2018-ci ilin yanvarında Soçidə Suriya Milli Dialoq Konqresi keçirilib ki, bu da münaqişənin başlanğıcından bu yana iştirakçıların bir danışıqlar platformasında geniş tərkibdə bir araya gəldiyi ilk görüş olub. Qurultayın əsas nəticəsi Cenevrədə fəaliyyət göstərən konstitusiya komitəsinin yaradılması haqqında qərar olub, onun əsas vəzifəsi konstitusiya islahatının hazırlanmasıdır.