DÇ-2022

DÇ-2022: ABŞ və Uels sülhlə ayrıldılar

DÇ-2022-də B qrupunda ilk turun oyunları başa çatıb.
Sputnik
BAKI, 22 noyabr - Sputnik. Qətərdəki futbol üzrə dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyunu olub.
Görüş Əhməd bin Əli stadionunda keçirilib.
36-cı dəqiqədə Timoti Vea Şimali Amerika təmsilçisini önə çıxarıb - 1:0. İlk yarı bu hesabla qurtarıb.
İkinci hissədə 82-ci dəqiqədə Qaret Beyl penaltidən hesabı bərabərləşdirib - 1:1. Qarşılaşma bu hesabla qurtarıb.
B qrupunun digər ilk tur matçında İngiltərə millisi İranı darmadağın edib - 6:2.
DÇ-2022
DÇ-2022: İngiltərə millisi İranı darmadağın edib