İQTİSADİYYAT

Azərbaycanda avro ucuzlaşıb, rubl isə sabit qalıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,21% azalaraq 1,7439 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0280 manat təşkil edib.
Məsələn, bu gün üçün Bank VTB (Azərbaycan)-da nağd 1 rublun alışı 0,0270 manat, satışı isə 0,0290 manatdır.