HADİSƏ

Qusarda avtomobil qəzası sürücünün həyatına son qoydu

DİN-dən verilən məlumata görə, nəticədə K.Ədilxanov xəstəxanaya aparılarkən yolda ölüb, T.Hüseynov xəstəxanaya yerləşdirilib.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Noyabrın 20-də saat 16 radələrində Qusar rayonunun Əvəcuq kəndi ərazisində rayon sakinləri T.Hüseynovun idarə etdiyi "Hyundai" və Kamil Ədilxanovun idarə etdiyi "VAZ-21070" markalı avtomobillər toqquşub.
DİN-dən verilən məlumata görə, nəticədə K.Ədilxanov xəstəxanaya aparılarkən yolda ölüb, T.Hüseynov xəstəxanaya yerləşdirilib.
Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, noyabrın 19-da və 20-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
BMT Baş katibi Antonio Quterreş "Twitter"də yazıb ki, hər il yol qəzalarında 1,3 milyon insan ölür, 50 milyon insan isə yaralanır.
Onun sözlərinə görə, uşaq və gənclərin ölümünə daha çox yol qəzaları səbəb olur.
BMT Baş katibi buna görə də dünya ölkələrini yolları daha təhlükəsiz etməyə çağırıb. O bildirib ki, bununla da insanların həyatını xilas etmək mümkün ola bilər.