BAKI, 21 noyabr — Sputnik. Lənkəran rayonunda məktəbli naməlum şəxslər tərəfindən döyülüb.
Hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.
O, Lənkəran Mərkəzi Xəstaxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir (Report).
Faktla bağlı araşdırma aparılır.