İQTİSADİYYAT

Külək enerjisi enerji qiymətlərini aşağı sala bilərmi?

Külək turbinlərindən istifadə etməklə əldə edilən elektrik enerjisinin maya dəyəri hazırda istilik elektrik stansiyalarından əldə edilən elektrik enerjisinin dəyərinə yaxındır.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Külək enerjisinin qiyməti tətbiq olunan texnologiyaların qiymətindən asılıdır. Burada istilik elektrik stansiyalarında olduğu kimi yanacaq sərf edilmir.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən Azərbaycanda külək enerjisi ilə bağlı vəziyyətə dair Sputnik Azərbaycanın sorğusuna cavab olaraq bildirilib.
Agentlikdən bildirilib ki, külək turbinlərindən istifadə etməklə əldə edilən elektrik enerjisinin maya dəyəri hazırda istilik elektrik stansiyalarından əldə edilən elektrik enerjisinin dəyərinə yaxındır. Yaxın gələcəkdə isə texnologiyaların qiymətlərinin aşağı düşməsi ilə ümumi enerji qiymətlərinin aşağı düşməsini gözləmək olar.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının 27-ci İqlim Dəyişikliyi Konfransında (6-18 noyabr) külək sənayesi təşkilatları və turbin istehsalçıları təcili karbonsuzlaşdırmaya keçmə tələbini irəli sürüblər.