DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Ağ Evi sərt tənqid edib

Türkiyə prezidenti bildirib ki, minlərlə nəqliyyat vasitəsini, silahı Suriyadakı terror bölgəsinə aparan ABŞ-dır.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. "Biz Suriya və İraqdakı yeni əməliyyatlar barədə nə Rusiya Prezidenti Vladimir Putin, nə də ABŞ Prezidenti Cozef Baydenlə danışdıq. Bizim bu regionda hər an oxşar addımları ata biləcəyimizi ikisi də bilir".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan Ağ Evi sərt tənqid edib: "Biz NATO daxilində ABŞ-la müttəfiqik. Amma minlərlə nəqliyyat vasitəsini, silahı Suriyadakı terror bölgəsinə aparan ABŞ-dır. Bu, Barak Obamanın hakimiyyəti dövründən başlamış Donald Trampın dövründə də davam etmişdi. Həmin hadisələr, indi, Baydenin hakimiyyəti dövründə də təkrarlanır".
"Bununla bağlı dəfələrlə həmkarlarıma mövqeyimi çatdırmışam. Əlbəttə, bir söz demirlər. Biz də lazım olanı özümüz elədik, eləməkdəyik, eləməyə davam edəcəyik", - Türkiyə lideri vurğulayıb.