SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Türkiyəyə qarşı terror hücumlarını qınadı

Azərbaycan Xİn Türkiyənin Qaziantep vilayətinə raket hücumu nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qaziantep vilayətinə raket hücumu nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.
Bununla bağlı Azərbaycan XİN "Twitter"də bildirib.
"Qardaş Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!", - paylaşımda qeyd olunub.
Türkiyənin Qaziantep əyaləti Suriya ərazisindən növbəti dəfə raket atəşinə tutulub.
YPG/PKK terror təşkilatının üzvləri tərəfindən Suriyadan Türkiyənin Qaziantep əyalətinə atılan raket zərbələri zamanı ölənlərin sayı 3-ə çatıb. Daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında raketlərdən 4-nün rayon mərkəzindəki orta məktəb və iki evə düşdüyünü deyib.