BAKI, 21 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin liderlərinin sammiti dekabrın 9-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.
Bu barədə Qızğızıtsan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Qırğızıstan və Qazaxıstan liderləri Sadır Japarov və Kasım-Jomart Tokayev arasında telefon danışığı zamanı sammitə hazırlıq, həmçinin regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Avrasiya İqtisadi İttifaqı regional iqtisadi inteqrasiya üçün beynəlxalq təşkilatdır. Aİİ malların, habelə xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst fəaliyyətini və iqtisadiyyatın sektorlarında əlaqələndirilmiş və vahid siyasətin aparılmasını təmin edir. Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.