RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Yaponiyanın keçmiş hökumət başçısı ölkəsini Ukrayna ilə bağlı mövqeyinə görə tənqid edib

Keçmiş hökumət başçısı noyabrın 18-də Tokioda təşkil olunmuş gecədə çıxış edərək, "Niyə hamı Rusiya Federasiyasının prezidenti Vladimir Putini tənqid edir, amma heç kim Zelenskini danlamır?” deyib.
Sputnik
BAKI, 20 noyabr-Sputnik. Yaponiyanın keçmiş baş naziri Yoşiro Mori Ukrayna prezidenti Vladimir Zelenskinin bir çox həmvətənlərinə əzab verdiyini deyib. Bu barədə Nikkei qəzetində dərc olunmuş yazıda deyilir.
Keçmiş hökumət başçısı noyabrın 18-də Tokioda təşkil olunmuş gecədə çıxış edərək, "Niyə hamı Rusiya Federasiyasının prezidenti Vladimir Putini tənqid edir, amma heç kim Zelenskini danlamır? O, bir çox ukraynalıya əzab verib" deyib.
"Yaponiya mediası birtərəfli mövqe sərgiləyir, onlar Qərbin informasiya mənbələrinə uyğun hərəkət edirlər. Onlar yalnız Amerika və Avropa media nəşrlərindən istifadə edirlər", - Mori deyib.
Bundan başqa, Mori Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı “ABŞ-ın birtərəfli mövqe tutması” fikrini bildirib.
Keçmiş baş nazir qeyd edib ki, bu, Yaponiyanın baş naziri Fumio Kisidinin bu məsələyə yanaşmasında da öz əksini tapıb.
85 yaşlı Yoşiro Mori 2000-ci ilin aprelindən 2001-ci ilin aprelinə qədər Yaponiya hökumətinin başçısı vəzifəsində çalışıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.