BAKI, 20 noyabr - Sputnik. "Açıq Cəmiyyət" Beynəlxalq Regional Araşdırmalar İnstitutunun keçirdiyi exit-poll nəticələrinə görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 82,45% səslə prezident seçkilərində qalib gəlib.
Sorğunun nəticələri “Qazaxıstan” dövlət kanalının onlayn telemarafonunda təqdim olunub.
Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. MSK hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla altı prezidentliyə namizədi qeydə alıb.
Prezident seçkilərində ilkin fəallıq 69,43% təşkil edib.