RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN Ukraynanın itkilərini açıqladı

Konaşenkov qeyd edib ki, düşmənin bu istiqamətdə sutka ərzində 50-yə qədər hərbçi itirməsi və yaralanması məlum olub.
Sputnik
BAKI, 20 noyabr - Sputnik. Rusiya bölmələri Cənubi-Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinə (USQ) hücum cəhdlərinin qarşısını alıb, 50-yə qədər ukraynalı əsgəri məhv edib. Bu barədə bazar günü Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
“Cənubi Donetsk istiqamətində atəşə tutulması və hücum qruplarının qətiyyətli hərəkətləri nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Slavnoe, Pavlovka yaşayış məntəqələri istiqamətində Rusiya qoşunlarının Rovnopol və Vremovka mövqelərinə əks-hücum etmək cəhdlərinin qarşısı alınıb”, - deyə o bildirib.
Konaşenkov qeyd edib ki, düşmənin bu istiqamətdə sutka ərzində 50-yə qədər hərbçi itirməsi və yaralanması məlum olub. İki MT-LB zirehli transportyoru, iki zirehli maşın və üç pikap da məhv edilib.