"O qədər səhvlərə yol verilir ki, insan özünü doğma şəhərindəki kimi hiss eləmir. Təəssüf ki, bizim heç bir reklam şirkətimiz, reklam lövhəsini yerləşdirən qurumlar dilçilik institutumuzla, hansısa dilçi alimlə iş birliyi yaratmır. Reklam şirkətləri, qurumlar dilçilik insitutu ilə, alimlərimizlə, filoloqlarımızla birlikdə işləsələr, həm səhvlər olmaz, həm də Azərbaycan dilinin zənginliyini daha da artar. Eyni zamanda, alimlərimizin maddi rifahı düzələr".
"Bizdə isə hələ bu ənənə yaranmayıb. Bizdə reklam şirkətləri buna maraqlı deyillər. Onları bir şey maraqlandırır ki, tezbazar bir reklam çıxarsınlar, mal reklam olunsun, pul qazansınlar, vergini ödəsinlər. Sözsüz ki, bu da Azərbaycan dilinin zənginliyinə ciddi xələl gətirir. Ona görə də şəhəri bayağı, qrammatik səhvlərlə dolu reklamlar bürüyüb".
"Ola bilər ki, sən çox yaxşı iş adamı ola olasan, amma reklam işini bilməyəsən. Sözün yazılışını bilməyəsən. Azərbaycan dilində olan elə sözlər var ki, şirkət yaradan iş adamları bu sözləri bilmir. Ona görə də hər işi öz peşəkarına həvalə etmək lazımdır. Mən belə təkliflərlər dəfələrlə çıxış etdim, amma hələ də iş adamlarımız buna məhəl qoymur".