DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polşadakı insidentin yanlış qiymətləndirilməsinə görə eskalasiya ola bilər - fransız nazir

Noyabrın 15-də axşam saatlarında Ukrayna ilə sərhədə yaxın Polşa ərazisinə raketlərin düşməsi nəticəsində iki nəfər həlak olub.
Sputnik
BAKI, 20 noyabr - Sputnik. Fransanın müdafiə naziri Sebastyan Lekornyu vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Polşada raketlərin düşməsi ilə bağlı insidentin yanlış və tələsik qiymətləndirilməsinə yol verməməyə çağırıb.
"Eskalasiya çox tez baş verə bilər. Hər hansı bir yanlış qiymətləndirmədən qaçmaq üçün sakit qalmaq və baş verənləri diqqətlə təhlil etmək lazımdır. Bizim hərbi kəşfiyyatımız çərşənbə axşamından ABŞ və Böyük Britaniya ilə birlikdə bunun üzərində işləyir", - Lekornyu Journal du Dimanche qəzetinə bildirib.
Noyabrın 15-də axşam saatlarında Ukrayna ilə sərhədə yaxın Polşa ərazisinə raketlərin düşməsi nəticəsində iki nəfər həlak olub. Əvvəlcə Varşava bildirmişdi ki, raketlər Rusiya istehsalıdır və ölkə NATO Şurasını çağırır. Lakin çərşənbə günü Polşa prezidenti Anjey Duda raketlərin Ukraynaya məxsus olması ehtimalını yüksək qiymətləndirib.
Rusiya Müdafiə Nazirliyinin çərşənbə axşamı verdiyi məlumata görə, həmin gün Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə zərbələr endirilib və bəzi dağıntıların dərc edilən fotolarının Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur. Departament qeyd edib ki, Polşa KİV-lərinin guya “Rusiya” raketlərinin düşməsi ilə bağlı bütün bəyanatları eskalasiya məqsədi ilə məqsədyönlü təxribatdır.
Çərşənbə günü Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, hadisə yerindən Polşada dərc edilən fotoşəkillər Ukraynanın S-300 hava hücumundan müdafiə sistemindən olan raketin fraqmentlərinin oraya düşdüyünü açıq şəkildə göstərir.
Vladimir Zelenski çərşənbə günü deyib ki, Kiyevin Polşadakı insidentdə iştirak etmədiyinə şübhə etmir. Artıq cümə axşamı isə Zelenski nə baş verdiyinə 100% əmin olmadığını söyləyib.
DÜNYA XƏBƏRLƏRİ
Polşalı müstənqilər raket işinə görə Ukraynaya səfər edəcək - Baş nazir