DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada koronavirusa yoluxanların sayı 638 milyona çatır

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.
Sputnik
BAKI, 20 noyabr - Sputnik. Noyabrın 13-də dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 637 milyon 856 min 163 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 620 min 439 nəfər COVID-19-a yoluxmanın fəsadlarından dünyasını dəyişib.
Hər 1 milyon nəfərə düşən ölüm səviyyəsi 850 nəfər təşkil edib.
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.