RUSİYA

Saxalində yanan evin bütün sakinləri təxliyə edilib - qubernator

Hadisənin ilkin səbəbi kimi məişət qaz balonlarının düzgün saxlanmaması və istismarı göstərilib.
Sputnik
BAKI, 19 noyabr - Sputnik. Saxalinin Tımovskoye kəndində yanan evin bütün sakinləri təxliyə edilib, yanğının səbəbləri dəqiqləşdirilir. Bu barədə Rusiyanın Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi bir müddət əvvəl bildirib ki, Tımovskoye kəndində yaşayış binasının yanıb, yanğının sahəsi 400 kvadratmetr olub.
“Bütün sakinlər təxliyə edilib, onlar təhlükəsizdirlər, onların sağlamlıqlarına heç bir təhlükə yoxdur. Bütün insanlara müvəqqəti yaşayış mərkəzində yerlər təklif olunub. Yanğından zərər çəkənlərə ən qısa zamanda lazımi köməklik göstəriləcək”, - deyə Limarenko Telegram kanalında yazıb.
O, həmçinin qeyd edib ki, yanğının başvermə səbəbləri müəyyənləşdirilir, xilasedicilər və yanğınsöndürənlər hadisə yerində işləyirlər.
Bir müddət əvvəl Saxalindəki beşmərtəbəli yaşayış binasında, ilkin məlumatlara görə, məişət qazı partlayıb, beşinci mərtəbədən birinci mərtəbəyə qədər mərtəbələr uçub, insanlar dağıntılar altında ola bilər.
Vilayətin qubernatoru Valeri Limarenko da öz növbəsində hadisənin Tımovskoye kəndində, Bibliotexnaya küçəsi, 6a ünvanında baş verdiyini bildirib.
Daha sonra o, evə qaz verilmədiyinə aydınlıq gətirib, partlayışın səbəbləri araşdırılır. Yerli hakimiyyət orqanları hadisənin ilkin səbəbi kimi məişət qaz balonlarının düzgün saxlanmaması və istismarını göstərib. Qubernatorun son məlumatına görə, fövqəladə vəziyyət nəticəsində dördü uşaq olmaqla 9 nəfər ölüb.