NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Qara qızıl ucuzlaşmaqda davam edir - SƏBƏBLƏR

Neft qiymətləri sentyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. ABŞ neftində həftəlik itki 7%-i, "Brent" neftində isə həftəlik 6%-i keçib.
Sputnik
BAKI, 19 noyabr-Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşmağa davam edir. “Brent” neftinin qiyməti 2,27% azalaraq 87,74 dollar, "WTI" markalı neftin qiyməti 1,87% azalaraq 80,11 dollara bərabər olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,25 dollar və ya 3,5% azalaraq 89,85 dollar təşkil edib.
Qeyd edək ki, tələbin azalması fonunda bu həftə neft qiymətlərində ucuzlaşma baş verib. ABŞ neftində həftəlik itki 7%-i, "Brent" neftində isə həftəlik 6%-i keçib.
Birjada elektron tablo, arxiv şəkli
Çində pandemiyanın artması, mərkəzi bankların sərt pul-kredit siyasətləri neftə olan tələbə təzyiq göstərir. Ona görə də neft qiymətləri sentyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.