MƏDƏNİYYƏT

Konçita Vursta paxlava veriblər - Video

Azərbaycanlı müğənni bir neçə gündür ki, Amsterdamdadır və burada Het Grote Songfestivalfeest beynəlxalq tədbirində iştirak etmək üçün gəlib.
Sputnik
BAKI, 19 noyabr - Sputnik. Azərbaycanlı müğənni Samirə Əfəndi Beynəlxalq Mahnı Müsabiqəsi 2014-ün qalibi, Konçita Vurst kimi tanınan avstriyalı estrada müğənnisi Tomas Noyvirtə Azərbaycan paxlavası hədiyyə edib.
Samirə bir neçə gündür ki, Amsterdamdadır və orada Het Grote Songfestivalfeest beynəlxalq tədbirində iştirak etmək üçün uçub. Burada ötən illərin mahnı müsabiqəsinin qalibləri və iştirakçıları, o cümlədən Alexander Rıbak, Neta Barzilai, Lorin, Sam Ryder, Andreas Höukeland, Lordi və bir çox başqaları iştirak edir.
Səhnədə çıxış edəndən sonra Samirə Konçita Vurst layihəsinin qonağı olub. O, həmkarına kiçik hədiyyə edib, ona Bakı paxlavası verib.
Avstriyalı müğənni onların dadına baxacağına və təəssüratlarını sosial şəbəkələrdə paylaşacağına söz verib.