BAKI, 19 noyabr - Sputnik. Artik&Asti qrupunun keçmiş solisti Anna Asti və onun Azərbaycandan olan həmkarı Jony (Cahid Hüseynli) ilk duet mahnısı olan "Sevgini necə anlamalı?"nı təqdim ediblər.
2021-ci ildə müğənni hələ musiqi qrupunda olarkən Jony ilə birgə bəstə yazıb. Lakin onun sözlərinə görə, nə mahnı, nə də ona çəkilən klip təqdim olunmayıb. Buna səbəb onun qrupdan ayrılması və solo karyerasına başlaması olub. Müsahibələrində dəfələrlə etiraf edib ki, Jony ilə duet oxumağı xəyal edir və nəhayət arzusunu həyata keçirməyə qərar verib.
"Nəhayət, bütün maneələrə və çətinliklərə baxmayaraq, bu oldu. Səninlə işləmək müstəsna zövqdür, sən Tanrının bəxş etdiyi əsl istedadsan! Güvəninə görə təşəkkür edirəm - mənimlə bir qızla ilk sinqlini oxumusan, bu çox şey deməkdir, qiymətsiz addımdır", - deyə Anna həmkarına təşəkkür edib.
Jony öz növbəsində qeyd edib: "Bir qızla ilk birgə mahnım belə gözəl səsi olan biri ilə alındığına görə çox şadam".
Tezliklə ifaçılar bu mahnıya klip çəkdirməyi planlaşdırırlar.